Çempionlar Liqası: "Mançester Siti" və "Leypsiq"nın 1/16-ə yüksəldi

img

14-12-2023 [09:35]


 UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümünün qrup mərhələsinin 6-cı və son həftəsində G qrupunun oyunları başa çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən axşam Avropa futbolunun ən mötəbər turnirində iki oyun keçirilib.

“Leypsiq” (Almaniya) ev sahibi “Yanq Boyz”u (İsveçrə) 2:1, “Mançester Siti” (İngiltərə) isə səfərdə “Srvena Zvezda” (Serbiya) komandasını 3:2 hesabı ilə məğlub edib. Beləliklə, G qrupunu 18 xalla zirvədə başa vuraraq növbəti mərhələyə yüksəlib. "Leypsiq" də 1/16-ə vəsiqəni təmin edib.

 "Yanq Boyz" isə UEFA Avropa Liqasında yollarına davam edəcək. “Srvena Zvezda” qrupda sonuncu yerdə qərarlaşıb və Avropa ilə vidalaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub