Döyülən hakimin ifadəsi yayıldı: "Dedi ki, səni öldürəcəm"

img

12-12-2023 [14:18]


"Onunla barışmaq, anlaşmaq istəmirəm".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "MKE Ankaragücü" klubun prezidenti tərəfindən döyülən hakim Halil Umut Meler prokurorluğa ifadəsində deyib.

Türkiyə mətbuatında yayılan ifadəyə görə, hakim klub prezidentindən şikayətçi olub: "Faruk Koca sol gözümün altına yumruq vurdu, yerə yıxıldım. Yerdə ikən bütün insanlar dəfələrlə üzümə və bədənimin digər hissələrinə təpiklər vurdular. Faruk Koca dedi ki, "səni bitirəcəm, səni öldürəcəm".

O, prokurorun barışıq barədə sualına vbelə cavab evrib: "Xeyr, Faruk Koca və yanndakılardan şikayətçiyəm. Onunla barışmaq və ya anlaşmaq istəmirəm. Söyləyəcəklərim bunlardır".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq