"MKE Ankaragücü": "Hər kəsdən üzr istəyirik"

img

12-12-2023 [10:40]


"MKE Ankaragücü" klubu "Çaykur Rizespor"la oyundan sonra baş verən hadisələrə görə idman ictimaiyyətindən üzr istəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidentinin oyundan sonra hakimi yumruqlamasına görə, "MKE Ankaragücü" qısa bəyanat yayıb.

Bəyanatda Türkiyə futbol ictimaiyyətindən, ümumiyyətlə, bütün idman cameəsindən üzr istənilib: ""MKE Ankaragücü" klubu olaraq ötən axşam baş verən hadisədən kədərlənirik. Bütün Türkiyə futbol ictimaiyyətindən üzr istəyirik".

Xatırladaq ki, "MKE Ankaragücü"nün başqanı Faruk Koca 1-1 bitən matçın ardından meydana daxil olaraq, hakim Halil Umut Melərə yumruq atıb.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq