Türkiyədə futbol hakimi döyüldü - Klub prezidenti vurdu, TFF təcili iclas çağırdı, nazirlər reaksiya verdi (VİDEO)

img

12-12-2023 [00:31]


Bu gün Türkiyə superliqasında "MKE Ankaragücü"nün öz meydanında “Çaykur Rizəspor”a qarşılaşmasından sonra dava düşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1:1 hesabı ilə bitın oyunda "MKE Ankaragücü" Klubunun prezidenti Faruk Koca matçdan sonra meydanda hakim Halil Umut Meləri yumruqlayıb.

Aldığı zərbədən hakim yerə yıxılıb. Onun gözünün altı qaralıb...

Hücuma görə Türkiyə Futbol Federasiyası İdarə Heyəti növbədənkənar iclas keçirməyə qərar verib. 

Hadisəyə Ədliyyə naziri Yılmaz Tunç rüeaksiya verib. O, faktla bağlı araşdırma aparıldığını deyib

Daxili İşlər naziri Ali Yerlikaya da hadisənin qəbuledilməz olduğunu açıqlayıb. O, hakimə "keçmiş olsun" deməklə yanaşı, döyülmə faktını nəzarətdə saxlayacağını qeyd edib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub