Nəsimi rayonunda “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib - FOTOLAR
11-12-2023 [16:00]
Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və YAP Nəsimi rayon təşkilatnın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Millət vəkilləri, Nəsimi rayon ziyalıları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak etmişdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışdı. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirdi. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, mədəniyyət işçilərinə həmişə diqqət və qayğı göstərib.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin mədəniyyət sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirdi.
Natiq Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğuladı ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi Ulu Öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.
Xalq artisti Xuraman Qasımova Ümummilli Lider Heydər Əliyevlə bağlı öz xatirələrini danışdı.Tədbir daha sonra Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib. Konsert proqramında ifa olunan Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və musiqi kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?