Bakı sakini niyə canına qıyıb? - Açıqlama
11-12-2023 [14:13]
Bakı şəhər sakini İntiqam Zamanovun intihar etməsi faktına görə başlanmış cinayət işi üzrə Baş Prokurorluq açıqlama yayıb.
Mia.az xəbər verir ki, bəzi media və sosial şəbəkə səhifələrində Zamanov İntiqam Binnət oğlunun intihar etməsi və əmlakının ələ keçirilməsi faktı üzrə qeyri-obyektiv araşdırma aparılmasına dair məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, İntiqam Zamanovun özünü asaraq intihar etməsi faktı üzrə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı dövrədək aparılmış istintaqın gedişində toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İntiqam Zamanov ailə münasibətləri zəminində qanunsuz hərəkətlər etdiyi üçün oğlu öz ailəsi ilə birgə başqa yerə köçmüş, onu yeni evə qəbul etməmiş və sonuncu müxtəlif ünvanlarda gecələdikdən sonra qanunsuz əməllərindən rüsvay olması nəticəsində əvvəllər yaşadığı, Binə qəsəbəsində yerləşən evə gələrək orada intihar etmişdir.
İstintaq tədbirləri ilə həmçinin, İntiqam Zamanovun ölümündən əvvəl yaşadığı evin qohumu Elman Zamanova məxsus olması, həmin evin mərhumun oğlu tərəfindən deyil, Torpaq Zamanov tərəfindən başqa şəxsə satılması müəyyən edilib.
Cinayət işi üzrə çoxsaylı şikayətlər etmiş ümumilikdə 18 nəfər şəxsin hər biri prokurorluq orqanlarında qəbul edilən zaman baş vermiş hadisədən və cinayət işindən məlumatsız olduqlarını, hər hansı dövlət orqanına müraciət etmədiklərini, eləcə də ərizələrdəki imzaların onlara məxsus olmadığını bildirmişlər.
Bu müraciətlər araşdırılan zaman baş vermiş hadisədə maraqları olan, mərhumun bacısı oğlu Məhəbbət İsmayılov və digərləri tərəfindən istintaqa təzyiq göstərmək məqsədilə İntiqam Zamanovun ölümündə məhz oğlunun təqsirli olması barədə dövlət orqanlarına 18 nəfərin adından müxtəlif vaxtlarda qərəzli şikayətlər yazılması təsdiqini tapmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bundan başqa, ailə üzvlərinin şikayəti əsasında Suraxanı RPİ-də aparılmış araşdırma zamanı İntiqam Zamanovun ailə daxilində etdiyi qanunsuz hərəkətlər təsdiqini tapsa da, öldüyü üçün toplanmış material üzrə Cinayət Prosessual Məcəllənin 39.1.5-ci (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə) maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
Bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaq orqanı ilə dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatları yaymamaq xahiş olunur.
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?