Məşhur futbolçuya 4 illik ağır cəza verilir - Dopinqə görə

img

08-12-2023 [00:09]


Fransa millisinin və "Yuventus"un futbolçusu Pol Pogba karyerasının ən ağır cəzası ilə üz-üzə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Antidopinq Prokurorluğu testosteron hormonundan istifadə etdiyi üçün mühakimə olunan fransız futbolçu Pol Poqbanın 4 il futboldan uzaqlaşdırılmasını tələb edib.

"La Gazzetta dello Sport"un xəbərinə görə, hazırkı qaydalara görə, bu, Pol Poqba üçün tələb olunan ən yüngül cəza sayılır: "Yaxın günlərdə ona tələb olunan bu cəza qüvvəyə minəcək. Güman ki, bu da Pogbanın karyerasının sonu olacaq".

Xatırladaq ki, karyerası uğurlarla dolu olan Pol Poqba ötən mövsüm “Yuventus”un forması ilə cəmi 161 dəqiqə meydanda olub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR