ABŞ dövlət katibi israildə: Blinken Netanyahu və Hersoqla müzakirə aparıb

img

30-11-2023 [21:16]


ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə İsrailin Baş naziri Binyamin Netanyahu və prezidenti ilə ilə görüşüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Blinken Yaxın Şərq turu çərçivəsində İsrailə gələrək, orada Netanyahu görüşdə bir daha ABŞ-ın İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnu dəstəklədiyini bəyan edib.

Bundan əlavə, Blinken İsraili mülki insanlara zərər verməmək üçün hər cür tədbir görməyə çağırıb: "Blinken vurğulayıb ki, Qəzzanın cənubunda hər hansı bir hərbi əməliyyatdan əvvəl oradakı mülki vətəndaşlar qorunmalı və onların ehtiyacları nəzərə alınmalıdır. Görüş zamanı əsir mübadiləsi və Qəzzaya humanitar yardımın sürətləndirilməsi məsələləri də müzakirə edilib".

Blinken daha sonra prezident İsaak Hersoqla görüşüb və mövcud vəziyyəti ətraflə müzakirə ediblər.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA