Mərkəzi Bank 8 kredit təşkilatını cərimələdi - SİYAHI

img

29-11-2023 [12:40]


Azərbaycan Mərkəzi Bankı (AMB) 5 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.

Mia.az xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "Azkredit" ASC-nin vəzifəli şəxsi 1 500 manat, "Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, "Finoko" ASC-nin vəzifəli şəxsi 4 500 manat, "TBC Kredit" MMC-nin vəzifəli şəxsi 6 000 manat və "PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edilib.

"Qeyd olunan pozuntular müvafiq təşkilatların maliyyə dayanıqlığına təsir etməyib", - deyə məlumatda qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA