“Taxta bazarı”ndakı yanğında zərərçəkənlərə sığorta ödənişi verilməyəcək - Rəsmi açıqlama

img

23-11-2023 [15:17]


Bu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.

Mia.az xəbər verir ki, bu məlumatı "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi yayıb.

Bildirilib ki, yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada "Daşınmaz əmlakın icbari sığortası" deyil, "Əmlakların yanğından və digər risklərdən sığortası" aktualdır: "Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR