Daha bir bələdiyyə sədri cəzalandırıldı

img

23-11-2023 [09:21]


Ağdaşda bələdiyyə sədri cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə keçirilən tədbirlər zamanı rayonun Qarağan Sədi və Xınaxlı kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar edilib.

Faktlarla bağlı Qarağan Sədi kəndində obyekt icarədarı, Xınaxlı kəndində isə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA