Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-11-2023 [00:05]
Qoç - tədqiqatlar, araşdırmalar, elmi işlər və eksperimentlər üçün pis zaman deyil. Yaradıcılıq, estetika və moda ilə bağlı fəaliyyət uğur vəd edir. Komandanın bir üzvü ola bilirsinizsə, kommersiya fəaliyyəti və ya bizneslə bağlı problemlər olmayacaq. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların mövqelərini və istəklərini nəzərə alın. Ailə üzvləri qarşısında ifrat tələblər qoymayın, onların çatışmaz cəhətlərini qabardaraq müzakirə mövzusuna çevirməyin. Siz ideal, mükəmməl insan deyilsiniz. Hər kəs səhv edə bilər. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Buğa - stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin. Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.
Əkizlər - yeni layihəyə başlamaqla yanaşı, yarımçıq işi bitirin. Kommunikasiyalar və texnologiyalar sahəsindəki problemlər daha sürətlə həll olunacaq. İdeyalarınız yaxın ətrafınızdakı insanları maraqlandıra bilər. Yeni həmkarlar olacaq.
Günün ikinci yarısında zahiri görünüşünüzə fikir verin. Yaxınlarınızdan biri sizə yaxşı təklif ünvanlayacaq. Axşam saatları romantik təmaslar üçün əlverişlidir.
Xərçəng - bütün işləri bitirməyə çalışmayın. Görüləcək işlərin sayı həddən artıqdır. Bütün diqqəti bir işə yönəldin və onu tamamən bitirin. Tərəfdaşlar və həmkarlarla təmaslarda gərginlik yarana bilər. Yaranan münaqişəni həll etməyə can atın. Haqlı olduğunuzu göstərməyə çalışanda sərt və aqressiv olmayın.
Günün ikinci yarısında ailə münasibətlərində bütün sözlərə inanmayın. Yaxınlarınız görə biləcəklərindən artıq vədlər verirlər. Axşam saatlarında yaxşı istirahət edin. Yaşam arealını yeniləyin. İşdəki situasiya müdaxilə tələb edir.
Şir - danışıqlar uğurlu olacaq. Müqavilələrin imzalanmasında və vədlərin yerinə yetirilməsində qətiyyətli davranın. Daşınmaz əmlakla bağlı əməliyyatlarda günün ilk yarısı daha sərfəli zaman sayıla bilər. Peşə fəaliyyətiniz yaradıcılıqla bağlıdırsa, aktiv olun.
Günün ikinci yarısında tələsik qərarlar verməyin. Düşünülməmiş addımlar atmayın. Seçimdə xüsusilə həssas olun. Sevdiyiniz insanla təmaslarda daha soyuqqanlı olun. Subaysınızsa, yeni tanışlıq istisna deyil.
Qız - yalnız öz qüvvələrinizə güvənməyin. Şübhələriniz varsa və ya təcrübəniz yetərli deyilsə, ciddi işi təxirə salın. Müşkül problemin həlli üçün bilik və ya bacarıq qıtlığı hiss oluna bilər. Daha təcrübəli tərəfdaşa, müttəfiqə və ya həmkara müraciət edin.
Günün ikinci yarısında ekspertlə danışın. Problemlərin həllində əməkdaşlıq və ya birgə fəaliyyət yaxşı effekt verə bilər. Axşam saatlarına yaxın şəxsi münasibətlərdə diqqətli olun. Mənasız utancaqlıq məsləhət deyil. Əks təqdirdə yalnız illüziyalar aləmində qala bilərsiniz.
Tərəzi - davranış və fəaliyyətin ənənəvi çərçivəsində qalmaq çətin olsa da, çalışın. İşləri başa vurmaq üçün əlavə məlumata və fərqli informasiyalara zərurət duyulur. Müştəri və ya sifarişçi ilə onun ərazisində görüşmək gərəkdir. Günün ikinci yarısında qısamüddətli səfər effektiv olacaq. Alış-veriş uğursuzdur. Pullarınızı mənasız əşyalara sərf etməyin. Axşam saatlarında köhnə dost və ya keçmiş sevgili ilə görüş istisna deyil. Romantik macəra vəd edən yeni tanışlıq ola bilər. Belə görüşlərə ciddi fikir verməyin: onların perspektivi yoxdur.
Əqrəb - ətrafınızdakı insanların davranış və ya əməllərini emosional dəyərləndirməyin. Bu minvalla diqqətinizi real problemlərdən yayındıra bilərsiniz. Yığılıb qalmış bütün işləri bu gün başa vurmağa çalışmayın. Ən vacib məsələni seçərək onun həllinə başlayın.
Günün ikinci yarısında yaxınlarınız sizə dəstək verəcəklər. Üstüörtülü şəkildə yardım da ala bilərsiniz. Bu yardım aşkar olmasa da, onu hiss edəcəksiniz. Ailə üzvləriniz situasiyanı anlayır, problemlərin həllində maraqlı olduğunu göstərirlər. Problemlərinizi onlarla paylaşsanız, yaxşı məsləhət ala bilərsiniz. Sevdiyiniz adam sizə dəstək verəcək.
Oxatan - peşəkar fəaliyyət müstəvisində öhdəlik və tapşırıqların öhdəsindən gəlin. Hisslərin qurbanı olmayın. Mühüm işin görülməsini ertələməyin. İnadkar olun, emosiyalarınızı nəzarətdə saxlayın.
Günün ikinci yarısında ünsiyyətdə səmimi, gülərüz olun. Sevdiyiniz insanla təmaslarda yeni hisslər yarana bilər. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq perspektivi formalaşacaq. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - şəxsi münasibətlər ön plana çıxacaq. Təmaslarda diqqətli olmasanız, əlaqələrdə ciddi problemlər yarana bilər. Sadə hadisələrdən, rutin olaylardan faydalanmağa çalışın. Nikbinliyiniz ətrafınızdakı şəxslərə də sirayət edəcək.
Günün ikinci yarısında mübahisədə saxta "arqument"lərdən istifadə etməyin. Başqalarının əvəzinə danışmayın, qərar verməyin. Liderlik mövqeyinə yiyələnməyə can atmayın. İrəliləmək üçün var qüvvənizlə fəaliyyət göstərin.
Dolça - yaxın ətrafınızdakı insanlarla təmaslarınız məhsuldar olsun. Yaxşı görünməyə çalışın, diqqətli olun. Təşkilatçılıq bacarığınızı nümayiş etdirin. İşlərinizdə aktiv olun. Günün ikinci yarısında işgüzar görüş məhsuldar keçəcək. Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı anlaşma və problemlərin dinc yolla həll variantının seçilməsi ailədə həlim mühit yaradacaq. Ailə qayğıları və məişət problemlərini qulaqardına vurmayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Maddi və mənəvi razılıq hissi yaranacaq. Uğurlarınız fəaliyyət intensivliyindən asılıdır.
Abstrakt təfəkkürü gücəndirin. Amma fəlsəfəyə varmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə problemlər yaranacaq. Günün ikinci yarısında sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Etibar etdiyiniz insana yardım üçün müraciət edə bilərsiniz. İstənilən situasiyada özünüzü rahat, təmkinli hiss edin. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu