Montella: "Lider olduğumuz üçün çox şadıq"

img

22-11-2023 [10:23]


Məlum olduğu kimi, Türkiyə yığma komandası ötən axşam Avropa Çempionatının seçmə mərhələsinin D qrupunun son oyununda Uelslə səfərdə 1:1 hesablı heç-heçə edərək, qrup lideri kimi AVRO-2024-də yoluna davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Vinçenzo Montella qrup lideri kürsüsündə olduqları üçün özlərini xoşbəxt saydıqlarını deyib: "Komandaya nə qədər güvəndiyimiz göz qabağındadır. Çətin matç olacağını bilirdik. İlk hissədə daha çox şey edə bilərdik".

Mərkəz hücumçusu mövqeyində çatışmazlıqlar barədə suala Montella belə cavab verib: “Cenk Tosunun yoxluğunu bu matçda yaşadıq. O, 2 qol vurub. Enes Ünal da gələcəkdə qiymətləndirə biləcəyimiz oyunçudur. Biz onun nə qədər dəyərli olduğunu bilirik".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq