Avropa çempionatı: Türkiyə yığması qrupu lider kimi bitirdi - Yenilənib

img

22-11-2023 [01:40]


Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə milli komandası səfərdə Uelslə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 22.45-də başlayan oyunun 7-ci dəqiqəsində UELS hesabı açıb - 1:0.

70-ci dəqiqədə Yusif Yazıçı penaltidən hesabı bərabərləşdirib - 1:1.

Oyun bu hesabla başa çatıb.

Qrupun digər oyununda bu matçla eyni vaxtda başlayan Xorvatiya - Ermənistan oyununda isə ev sahibləri qalib gəlib - 1:0

Beləliklə, Türkiyə D qrupunu 17 xalla lider bitirib. Evində Ermənistanı qəbul edən Xorvatiya isə 16 xalla ikinci pillədə qərarlaşıb. Uels 12 xalla 3-cü yerdə qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub