Avropa çempionatı: Türkiyənin 21 yaşlılardan ibarət milli komandası Norveçə qalib gəlib

img

22-11-2023 [00:04]


Bu gün Türkiyənin 21 yaşlılardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində Norveçlə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun Türkiyə yığmasının qələbəsi ilə başa çatıb - 2:0.

Alanyada keçirilən matçda Türkiyəyə qələbə qazandıran qolları 30-cu dəqiqədə Cihan Çanak və 64-cü dəqiqədə Erencan Yardımcı vurub.

Bu qələbədən sonra Türkiyə xallarını 6-ya yüksəldib. Norveç isə 9 xalda qalıb. 

Türkiyə yığması növbəti oyununu İtaliyaya, Norveç isə öz meydanında San-Marinoya qarşı keçirəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub