Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-11-2023 [00:02]
Qoç - günün ilk yarısını informasiya və sənədlərlə işə həsr edin. Enerjili, zəhmətkeş olun. Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qısamüddətli səfərlər alınacaq. Yaradıcılıqla məşğul olursunuzusa, irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemləri yeni, qeyri-standart yollarla həll etməyə çalışın. Əvvəlcədən hazırladığınız bəzi planlardan imtina edin. Əhvalınız dəyişə bilər. Ailə üzvlərinizin yardımlarınıza ehtiyacı var. Yaşlı qohumlara diqqət yetirin.
Buğa - sakit və rəvan situasiyadır. Səhər saatlarına planları reallaşdırmaqla başlayın. Adi, rutin işləri təxirə salmayın. Bu işlər sizə yorucu və usandırıcı təsir bağışlamasın. Bir müddət əvvəl verdiyiniz öhdəlikləri yerinə yetirəndə özünüzü rahat hiss edəcəksiniz.
Günün ikinci yarısında aktiv ünsiyyəti bir qədər azaldın. Dəvət aldığınız bütün tədbirlərə qatılmağa tələsməyin. Özünüzü yorğun hiss edə bilərsiniz. Axşam saatlarında ailə münasibətlərində problemlər yarana bilər. Məişət qayğıları artacaq. Yaşlı qohumlar sizdən vədlərin yerinə yetirilməsini tələb edəcəklər. Onlar qayğı istəyirlər.
Əkizlər - Günün ilk yarısını şəxsi münasibətlərdəki problemlərin həllinə həsr edin. Maddi rifahınızın qeydinə qalın. Son hadisələri təhlil edin. Gəldiyiniz nəticələri etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Alış-veriş uğurlu olacaq. Aldığınız əşyalar uzun müddət xidmət edəcək. Günün ikinci yarısında səhhətinizə fikir verin. Axşam saatlarında ciddi istirahətə ehtiyacınız var. Çətin vəziyyətə düşməyiniz istisna deyin. Qayğılarınızı yaxınlarınız bölüşəcəklər. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Xərçəng - planlaşdırdığınız işlərin öhdəsindən gələ bilərsiniz. Planlarınızı gün ərzində kəskin şəkildə dəyişməyin. Münaqişə və ya qarşıdurmanın çözülməsi üçün sizə müraciət olunacaq. İnşaat və memarlıq sahələrində çalışanlar üçün daha əlverişli zamandır.
Günün ikinci yarısında sürprizlər olacaq. Yeni şərait sizdən dəyişikliklər tələb edir. Situasiya əlverişlidir. Əsas məsələ soyuqqanlı və təmkinli davranaraq tələsik addımlar atmamaqdır.
Şir - gün ərzində pozitiv davranmağa çalışın. Nələrin baş verməsindən asılı olmayaraq ifrat bədbinliyə qapılmayın. İstənilən situsiyada maraqlarınızı təmin edərək mənfəət əldə edə bilərsiniz. Əyləncə və istirahəti bir qədər təxirə salın.
Günün ikinci yarısında yaxınlarınız sizi təkbaşına, müstəqil çalışmaq istəyinizi anlamayacaqlar. Dəyər verdiyiniz insana ifrat dərəcədə hamilik etməyin. Yalnız kömək istəyən şəxsə yardım edin.
Qız - mənasız xəyallara dalmayın, səhvlərinizi sürəkli saf-çürük etməyin. Sağlam məntiqi, rasional düşünməyi unutmayın. Cari problemlərin həllində soyuqqanlı olun. Çətinliklərdən çıxış yaradıcı variantların seçilməsi ilə müşayiət olunmalıdır.
Günün ikinci yarısında yaxınlarınız üçün kiçik bayram düzəldə bilərsiniz. Səbəb olmasa belə, fərq etməz. Sevdiyiniz insanla sürəkli təmaslarda olun. Axşam saatlarını romantik şəraitdə keçirmək olar.
Tərəzi - bütün işlərin gedişatını əvvəlcədən planlaşdırmağın mümkün olmadığını anlayın. Planlara dəyişikliklər etmək gərəkdir. Bəzənsə spontan davranmaq, tez qərar qəbul etmək, adət etdiyiniz çərçivələrdən kənara çıxmaq gərəkdir. Nikbin əhval-ruhiyyədə olun.
Günün ikinci yarısı sizə pozitiv emosiyalar bəxş edəcək. Yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Yaşamınızda dəyişkliklər olacaq. Yaşam məkanınızı qoruyun. Təkbaşına qalsanız, qüvvələrinizi bərpa edə bilərsiniz.
Əqrəb - bütün problemləri ani qərar və ya birdəfəlik addımla hiss etmək mümkün deyil. Can atdığınız nəticələri əldə edə bilməyəcəksiniz. Diqqətsizlik, işlərə qeyri-ciddi yanaşma yolverilməzdir. Ciddi işlərin başa çatdırılmasının ertələnməsi konkret məsələlərin həllinə mane olacaq.
Günün ikinci yarısında önəmli saydığınız problemin çözülməsi istiqamətində ilk addımlarınızı atın. Axşam saatlarını yaxınlarınızla istirahətdə və ya gəzintidə keçirə bilərsiniz. Yaxınlarınıza qayğı göstərin, münasibətləri qaydaya salın. Yaşlı qohumları evə dəvət edin. Onlar sizə minnətdar olacaqlar.
Oxatan - günün necə olacağını əvvəlcədən təxminləməyə can atmayın. Heç nə alınmayacaq. Hadisələr gözləmədiyiniz məcrada, spontan inkişaf edəcək. Taleyüklü qərarların qəbulu üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında qəfil olayların heç olmasa, bir neçəsinin yaşanmasının qarşısını almağa çalışın. Hisslərinizə nəzarət edin. Yaşlı qohumlarla problemlər olacaq. Yaxın ətrafınızdakı insanlardan biri məsuliyyəti sizə "həvalə" etməyə can atacaq. Fiziki iş, kiçik təmir istisna deyil.
Oğlaq - ən adi, rutin işləri yarımçıq qoymayın. Evin, ailənin qayğıları ilə məşğul olun. Yaşam arealını qaydaya salın. Günün ilk yarısında texnika almağa dəyməz. Aldığınız əşyanının ömrü uzun olmayacaq.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yaranacaq. Davranışınıza nəzarət edin. Yaxınlarınız sizi təəccübləndirəcək hərəkətlər edə bilər. Sevdiyiniz insanın ötənlərdəki əməllərindən birindən xəbər tutacaqsınız. Sərt, aqressiv olmayın.
Dolça - bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işləri təxirə salmaq da olar. Hər şeyi və hər kəsi müşahidə etmək, nəzarətdə saxlamaq mümkün deyil. Qüvvələrinizə qənaət edin, təsadüflərin yaşanmasına imkan verin. Hadisələrin fasiləsiz inkişafı günün ikinci yarısında sürpriz olaylara səbəb olacaq.
Günün ikinci yarısında yaxınlarınızla diqqətli davranın. Ailə qayğıları ilə məşğul olun. Dostlar və ya yaşlı qohumlardan biri sizdən yardım istəyəcək. Onun problemləri barədə də düşünmək zərurəti yaranır.
Balıqlar - günün ilk yarısını sakit keçirin. İzafi, mənasız informasiyaya ehtiyac yoxdur. Günün enerji səviyyəsi radikal qərarlar və sərt addımlar üçün əlverişli deyil. Ev işlərini, məişət qayğılarını unutmayın. Yaşam arealının yaxşılaşdırılması barədə düşünün. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dediklərini dinləyin. Sevdiyiniz insana axşam saatlarında romantik təmas bəxş edin. Səmimi, qayğıkeş olmağa çalışın. Çətindir, amma cəhd göstərin.
Milli.Az
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu