Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-11-2023 [00:06]
Qoç - günün ilk yarısı qeyri-effektivdir. Hadisələrə təsir imkanlarınız çox zəifdir. Bu səbəbdən də şəraitə uyğunlaşın, baş verənlərdən maksimum fayda əldə etməyə çalışın. Dəyişikliklər və yeniliklərin tam əksəriyyəti pozitiv təmayüllüdür. Günün ikinci yarısında fəaliyyət məkanınızda rekonstruksiya aparın. Kollektivdə soyuqqanlı və təmkinli davranın. Köhnə əşyaları saf-çürük edin, hisslərinizi qaydaya salın. Ətrafınızdakı məkanda təmizlik işləri aparın. Axşam saatlarında romantik mühit yaradın.
Buğa - günün ilk yarısında fəaliyyət və ya hərəkət kursu bəlli deyil. Təşəbbüsləri təxirə salın, mühüm tədbirlər planlaşdırmayın. Sənədlərlə iş üçün əlverişli zamandır. İş yerində, sənədlərdə, yazışmada qayda yaradın.
Günün ikinci yarısında sizi yeni işlər və planlar gözləyir. Yeni tapşırıq və işlərin öhdəsindən gəlməyə mane ola biləcək hər şeydən qurtulun. Axşam saatlarında dostlarla görüşün. Onların paylaşmaq istədikləri informasiya var. Xoş söhbətlə vaxt tez keçəcək.
Əkizlər - ayın ən mühüm günü yaşanacaq. Hansısa mövzuda final sürətlənmə, nəticəyə gəlmə, səylərin dəyərləndirilməsi olacaq. Görüş, ünsiyyət və yazışma üçün əlverişli vaxtdır.
Günün ikinci yarısında situasiyadakı məcralardan biri dəyişir. Yaşam və iş arealında konstruktiv dəyişikliklər etmək üçün münasib zamandır. İşlərdə təftiş aparın. Yeni planlar yaranacaq. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Mühüm məsələni müzakirə etmək olar.
Xərçəng - önəmli mərhələlərdən biri başa çatır. Bir qədər əvvəl başladığınız işi başa vurun, sonuca varın. Qərarda müəyyənlik və konkretlik olmalıdır. Mühüm dəyişikliklərin ərəfəsidir. Görüşlər, məktublar və telefon zəngləri yeniliklərdən xəbər verir.
Günün ikinci yarısında maliyyə məsələlərinin həllinə xüsusi önəm verin. Hesabları ödəyin. İnformasiya ilə işə daha çox vaxt ayırın. Yeni məlumat arayın, aldığınız məktubları oxuyun, sizə ünvanlanmış təklifləri dəyərləndirin. Maraqlı yazışma alına bilər.
Şir - yeni planlar qurmağa tələsməyin. Yarımçıq qalmış işi bitirməyincə yenisinə başlamayın. Ən çətin problemin həllinə başlayaraq onu tələsmədən, aramla çözmək olar. Maddi perspektivləriniz formalaşır. Fəqət, irəliləyiş təmkinli addımlar, səbatlı qərarlar tələb edir. Ən müxtəlif insanlarla əlaqələr yaratmağı bacarın. Hər konkret halda davranış modeli barədə intuisiya xəbər verəcək. Axşam saatlarında istirahət üçün vaxt tapın. Səhhətinizə fikir verin, dincəlin.
Qız - olaylar ənənəvi məcrada inkişaf edir. Nəyisə kökündən dəyişməyə ehtiyac duyulmur. Önəm daşıyan detallar və nüanslara fikir verin, bəzi hadisələri yönləndirin.
Gərəkli informasiyanın axtarışına yetərincə vaxt və diqqət ayırın. Ünsiyyət dairənizi məhdudlaşdırmayın. Aldığınız dəvətdən imtina etməyin, danışıqlar aparın. Vədləri yerinə yetirin, öhdəlikləri unutmayın. Axşam saatlarında dostlarla istirahət edin. İmicdə dəyişikliklər etmək, idmanla məşğul olmağa başlamaq olar.
Tərəzi - başqasının təcrübəsini öyrənərək ondan yararlanmaq olar. Maraqlarınızda səbatlı olmasanız, yaxınlarınız və sizdən yardım gözləyənlər təəssüflənəcəklər. Xəyallar aləmində pərvaz etməyin, hisslərin əsiri olmayın. Ətrafınızdakı şəxslərdən biri etibarınızdan sui-istifadə etmək istəyir. Günün ikinci yarısı yaranan şansı əldən verməyin. Səhhətinizə fikir verin, profilaktiki tədbirlərə vaxt ayırın. Axşam saatları alış-veriş üçün münasibdir.
Əqrəb - gün ərzindəki dəyişiklikərin dəyərləndirilməsində intuisiyanıza güvənin. Enerjinizi səpələməyin, mümkün qədər çox faydalı iş görməyə çalışın. İmkanlardan yararlanmaq üçün məqsədyönlü şəkildə irəliləyin. Poçt qutularınızı yoxlayın. Aradığınız informasiya və ya sizi narahat edən məsələ ilə bağlı məlumat ala bilərsiniz. Ev işləri və yaxınlarınızla münasibətlər diqqət, qayğı tələb edir. Asudə vaxtınızda ünsiyyət qıtlığına imkan verməyin.
Oxatan - önəmli gündür. Ətrafınızdakı insanların fikirlərinə və istəklərinə fikir verin, amma əvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. Sizi maraqlandıran mövzu ilə bağlı söhbəti başa çatdırın. Müttəfiq və həmfikir arayın. Maraq və hədəflərinizi razılaşdırın. Fərqli məsələləri ayırd etmək üçün intuisiyanızı dinləyin. Ən mühüm işə üstünlük verin. Maksimal uğur əldə edə biləcəyiniz sahəni müəyyənləşdirin. Yaxın vaxtlarda böyük işə hazır olun.
Oğlaq - diqqətli və sayıq olun. İşgüzarlılıq səviyyəsi yüksək olmazsa, başladığınız işləri başa vura bilməyəcək, cari məsələlərdə tərəfdaşla razılıq əldə etməyəcək, yekun nəticəni hasil etməyəcəksiniz. Fəaliyyətin yeni ritminə qatılmağınızı təmin edəcək dəyişikliklərə uyğunlaşmaq üçün sizdən yaxşı reaksiya tələb olunur.
Əməkdaşlığı düzgün müəyyənləşdirib işi və ya yükü bölüşdürün. Dominant mövqe tutmasanız da, qətiyyətli olun. Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz. Belədə vəziyyətə təsir rıçaqlarına yiyələnərək məqsədə doğru irəliləyişin yeni yollarını anlayacaqsınız. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Dolça - rəqiblərlə bədxahları üstələməyə çalışın, amma reallıq hissini itirməyin. Mənfəət əldə etmək üçün unikal həll variantına əl ata bilərsiniz. Əhvalınız yaxşılaşsa da, günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz. Çətinliklərə fikir vermədən çalışmağa davam edin. Yeni tərəfdaşlıq layihəsinin əsasları formalaşsa da, nüansların əksəriyyəti bəlli deyil. Danışıqlar mərhələsindən çıxaraq irəliləmək çətindir. Axşam saatları dostlarla ünsiyyət üçün münasibdir. İnformasiya almaq üçün ənənəvi əlaqə kanallarından istifadə edin.
Balıqlar - parlaq hadisələr və ciddi dəyişikliklər gözləməyin. Daxili rahatlıq hissindən həzz almağı bacarın. Aldığınız məlumatları təhlil edin. Süst və ətalətli olmayın. Yığılmış işləri tədricən görün, gələn informasiyalardan yararlanın. Başlamaq istədiyiniz layihəyə hazırlıq görün. Uzunmüddətli planlaşdırma üçün yaxşı vaxtdır.
Şəxsi münasibətlərdə əlverişli zamandır. İradlara və sərt tənqidlərə əl atmasanız, yaxınlarınızla qarşılıqlı anlaşmaya nail ola bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır