"Bu tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır" - İqtisadçı
16-11-2023 [10:05]
“Azərbaycanda hökumətin yeni iqtisadi komandasına müəyyən ümidlər var idi – amma, təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ölkəmiz iqtisadi aktivlik göstəricilərinə görə kəskin geridə qalır, ÜDM artımı cəmi 0,5% olub ki, bu da artım deyil, əslində resessiyanın müjdəsidir”.
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial media hesabındakı paylaşımında yazıb.
Onun sözlərinə görə, Gürcüstanda ÜDM bu il 6,8%, Qazaxstanda 4,7%, Özbəkistanda 5,8%, Moldovada 2%-dən bir az çox artıb: "Ermənistanı qeyd etmədim, çünki o ölkədə iqtisadi artım orqanik və dayanıqlı deyil, Rusiyanın sanksiyalardan yan keçməsinə dəstək verdiyinə görədir. Bizdə isə ÜDM cəmi 0,5% artıb, vaxt var idi hökumət ÜDM artımını “analoqu olmayan artım” kimi təqdim edirdi, indi vəziyyət dəyişib, çünki həm neft hasilatı düşür, həm də iqtisadi aktivliyin azalması müşahidə olunur ki, bu tək idarəetmənin fəsadları deyil, həm də iqtisadi komandanın günahıdır".
Natiq Cəfərli bildirib ki, hökumətin vergi-gömrük siyasəti doğru deyil, iqtisadi azadlıqlar təşviq edilmir, məhkəmə hakimiyyəti müstəqil və çevik deyil, özəl sektoru boğmaq yox, kömək etmək lazımdır. Amma yanaşmaları tərsinədir: "Kiçik, mikro sahibkarların vergi yükünü artırmaq istəyirlər, ƏDV məsələsində güzəşt etmək, ərzaq və dərmanların pərakandə satışında ƏDV-i azaltmaq istəmirlər. Bir sözlə, iqtisadiyyat həyəcan təbili çalır, məmləkətin isə getdikcə artan xərcləri var, bir tək işğaldan azad olunan torpaqların bərpasına yaxın 5-6 ildə 60 mlrd. manat əlavə vəsait lazım olacaq. Bu vəsaiti tək büdcə hesabına qarşılamaq mümkün deyil, özəl təşəbbüslərə qapı açılmalıdır, investorlar cəlb olunmalıdır, bunun üçün isə biznes-dostu hökumətə ehtiyac var. Bizim hökumət isə özəl sektoru “yolmaq” üçün yeni yollar “icad” etməyə çalışır…”.
Samir Musayev
MİA.AZ
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır