12 medallı keçmiş xüsusi təyinatlıdan ölkə rəhbərliyinə müraciət: "İşsiz olduğuma görə bank kreditimi də ödəyə bilmirəm"
15-11-2023 [10:48]
Goranboy rayonunun Düzqışlaq kəndindən olan keçmiş Xüsusi Təyinatlı Tural Əsgər oğlu Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan məlumatda deyilir:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Tural Əsgər oğlu Əliyev 1994-cü ilin mart ayının 2-də Qəhrəman Goranboy rayonunun Düzqışlaq kəndində sadə bir ailədə dünyaya gəlmişəm. Ailənin iki övladından, iki qardaşdan biri, evin sonbeşiyiyəm. Atamızı çox vaxtsız, cəmi 44 yaşında, 2009-cu ildə itirmişik. Anamız Sevinc xanım-Sevinc Əliyeva o vaxtdan bizə həm analıq, həm də atalıq edib.
2000-2011-ci illərdə Düzqışlaq kənd Ziyad Məsimov adına tam orta məktəbdə oxumuşam. 2012-2013-cü illərdə isə həqiqi hərbi xidmətdə olmuşam. Əsgərlikdən qayıtdıqdan sonra-2014-cü ildə yenidən həyatımı hərb, Ordu ilə bağlamışam. 2014-2016-cı illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə fəaliyyət göstərmişəm. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişəm, yaralanmışam. Ancaq yenidən hərb həyatına davam etmişəm.
2016-cı ildə həm də Xüsusi Təyinatlı Qüvvələrin sıralarında fəaliyyətimi davam etdirmişəm, Gizir rütbəsinə layiq görülmüşəm. 2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsi başlaması ilə “Əfsanəvi tabor”un Xüsusi Təyinatlısı, Giziri kimi döyüşlərə atılmışam. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşmüşəm. Oktyabrın 17-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində topuğumdan və diz nahiyəmdən yaralanmışam. Ayın 19-dan isə səhhətimlə əlaqədar müxtəlif xəstəxanlarda müalicə-müayinədən keçmişəm.
2020-ci ilin dekabrından yenidən hərb həyatımı davam etdirmişəm. Müharibədən sonra da bəzi əməliyyatlarda iştirak etmişəm, bu barədə isə geniş yazmağa lüzum bilmirəm. 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm və sentyabrın 13-də Kəlbəcər istiqamətində qarın nahiyəmdən və qolumdan ağır yaralanmışam. Əvvəlcə Kəlbəcərdə əməliyyat olunmuşam, sonra Bakı şəhərinə Hərbi Hostiptalda müalicəmi davam etdirmişəm. Bu ilin ilin iyulunda isə səhhətimlə bağlı Ordudan təxris olunmuşam. Həmçinin, bu ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatında iştirak etmək üçün Goranboy rayon Hərbi Komissarlığına müraciət etmişəm, ancaq buna ehtiyac olmadığı bildirilib.
Ötən illər ərzində həm müdafiə naziri tərəfindən, həm də Müzəffər Ali Baş Komandanımız kimi Sizin tərəfinizdən 12-yə yaxın medalla təltif olunmuşam. Çox təəssüflər olsun ki, bir neçə dəfə söz, vəd verilsə də, bugünədək orden Haqqımı ala bilməmişəm.
Eyni zamanda, 2022-ci ilin yayında ailə həyatı qurmuşam və bir neçə gün öncə anamın adın daşıyan Sevinc adlı qız övladım dünyaya gəlib. Artıq bir neçə aydır işsizəm. Nə özüm işləyirəm, nə də həyat yoldaşım işləyir. İkimiz də işsizik. Hazırda səhhətimdə çox ciddi problemlər var, müalicə-müayinəmi davam etdirirəm.Əlillik dərəcəsini də ala bilməmişəm”.
Müraciətdə sonra deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Əziz və dəyərlimiz Mehriban xanım!
Çox sevindirici və qürurvericidir ki, məhz Sizlərin birgə fəaliyyəti nəticəsində Azərbaycanımız 1988-ci ildən davam edən qanlı Qarabağ münaqişəsinə son qoydu, sonuncu 19-20 sentyabr 2023-cü il 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə düşmən üzərində birdəfəlik Qələbə və Zəfər çalındı. Şəhidlərimizin qanları yerdə, qisası qiyamətə qalmadı. Məhz Sizlərin qoşa qanad kimi birgəliyiniz sayəsində Azərbaycanımız dünyanın Qalib dövlətinə və Qalib xalqına çevrildi. Bunlara görə Sizlərə çox minnətdarıq. Allah Sizləri, Qalib Azərbaycanımızı qorusun, Böyük Yaradan Şəhidlərimizin məkanlarını cənnətlik, ruhlarını şad etsin, Yaralı və Qazilərimizə şəfa versin!
Bu müraciəti ünvanlamaqla, həm də Sizlərin nəzərinə bir neçə problemimi çatdırmaq və bir neçə xahişimi dilə gətirmək istəyirəm. Qeyd etdiyim kimi, səhhətimlə bağlı artıq bir neçə aydır heç bir yerdə işləmirəm, işlə təmin olunmamışam. Ailəliyəm, övlad atasıyam. Maddi durumumuz çox ağırdır. Odur ki, ilk növbədə səhhətimin, keçdiyim hərb və döyüş yolumun nəzərə alınaraq, müvafiq, normal bir işlə təmin olunmağımı Sizlərdən xahiş və rica edirəm.
İkinci xahişim banka olan borcumun bağlanması, bağışlanması məsələsidir. İşsiz olduğuma görə bank kreditimi ödəyə bilmirəm. Maddi durumum buna heç bir halda yol vermir. Elə bilirəm ki, bank kreditimin bağışlanması ölkəmiz və həmin bank üçün böyük problem olmaz. Ona görə bu məsələnin müsbət həlli üçün öz səlahiyyətlərinizdən istifadə edib, aidiyyatı qurumlara müvafiq göstəriş və tapşırıqlar verməyinizi Sizlərdən xahiş və rica edirəm. Bugünə kimi həm də şəxsi evlə, mənizillə təmin olunmamışam. Şəxsi evim, mənzilim yoxdur. Bu məsələnin həllinə də dəstək olmağınızı Sizlərdən xahiş edirəm.
Eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmağımı Müzəffər Ali Baş Komandanımız kimi Sizdən rica edirəm. Yuxarıda da qeyd etdiyim kimi, dəfələrlə söz, vəd verilsə də, orden Haqqımı ala bilməmişəm. Təvazökarlıqdan uzaq olmasın, keçdiyim şərəfli hərb və döyüş yolu ali ordenlərimizdən biri ilə təmin olunmağımı mümkün edir.
İnanıram və əminəm ki, Sizlərə ünvanladığım bu müraciət diqqətlə nəzərdən keçiriləcək və öz müsbət həllini tapacaq.
Öncədən də Sizlərə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”
Etikxeber.az
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır