Yaşayış minimumu və ehtiyac meyarı barədə qərar verildi: 222 manatdan 270 manata qədər...

img

14-11-2023 [16:50]


Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Mia.az xəbər verir ki, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.

***

Milli Məclisin bu gün keçirilən iclasında “2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Mia.az xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Layihədə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR