Mikayıl Cabbarov özbəkistanlı nazirlə görüşüb - Müzakirə (FOTO)

img

14-11-2023 [16:42]


Azərbaycan və Özbəkistan arasında sənaye sahəsində tərəfdaşlığın təşviqi müzakirə edilib.

Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında paylaşım edib: "Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyindəki məsələləri nəzərdən keçirdik.

Görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsini, Özbəkistanla ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrasını, birgə istehsalın, sənayedə tərəfdaşlığın təşviqini müzakirə etdik".


Digər xəbərlər
SON XƏBƏRLƏR