Rusiyanın neft və təbii qaz gəlirləri azalıb - 26,3 faiz

img

07-11-2023 [19:36]


Rusiyanın neft və təbii qaz gəlirləri 26,3 faiz azalıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiyanın neft və təbii qaz gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə 26,3 faiz azalaraq 7,2 trilyon rubla düşüb.

Bununla yanaşı, Rusiya büdcəsində bu ilin 9 ayında 1,7 trilyon rubl kəsir yaranıb.

Yeri gəlmişkən, Qərb ölkələri Ukrayna müharibəsindən sonra Rusiyadan neft və təbii qaz idxalını əhəmiyyətli dərəcədə azaldıblar.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR