Dövlətə məxsus maşınlar hərracda satıldı - Bu qiymətlərə

img

07-11-2023 [18:03]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Mia.az xəbər verir ki, hərraca çıxarılan “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 000 manat olsa da, son təklif 4 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 000 manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3 150 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar noyabrın 14-də, 17-də, 21-də və 28-də keçiriləcək. Hərraclara 116 nəqliyyat vasitəsi çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA