Əli Əsədov xorvatiyalı həmkarı ilə görüşdü - Müzakirə
06-11-2023 [18:34]
Baş nazir Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olunub.
İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olunub, ötən il ticarət dövriyyəsinin həcminin 28 % artdığı vurğulanıb.
Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd ediblər.
Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olunub.
Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndiriblər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib.
Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Polis əməliyyatı: 2 nəfər 21 kq narkotiklə saxlanıldı
Daha bir bələdiyyə sədri CHP-dən istefa verdi - Bəyanat
Dövlət Xidmətində növbəti dəyişiklik - Daha bir keçmiş MTN-çi idarə rəisi təyin edildi
ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Sergen Yalçın: "Rəqibin müdafiə xəttini aşa bilmədik"
SPİDLİ - Kəbutər Hakverdinin hekayəsi
İstanbul boğazı gəmilərə qapadıldı
500 minlik saat, xaricdə milyardlıq mülklər və... - Rövnəq Abdullayevin yaxın qohumu barədə sensasiyalı iddialar
Luis Diazdan het-trik - "Bavariya" qalib gəldi
Rusiya ordusu daha iki yaşayış məntəqəsini ələ keçirib - Açıqlama
İRANIN NÜVƏ BOMBASI VAR? - XİN başçısı dünyanı həyəcanlandırdı: "Nüvə bombamız böyük güclərə "yox" demək gücümüzdür"
"İnter" rəqibini 5 qolla məğlub etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ vitse-prezidenti Bakıya gəlir - Bu tarixdə (Yenilənib)
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib