Federasiya «Fənərbaxça»ya, UEFA isə iki komandaya qadağa qoydu

img

08-06-2014 [01:14]


Türkiyə Futbol Federasiyası avrokuboklara yollanacaq komandaların siyahısını təsdiqləyib. Və aydın olub ki, çempion "Fənərbaxça"nın Çempionlar Liqasına qatıla bilməyəcək.

 Qərara görə, Superliqanı ikinci pillədə başa vuran "Qalatasaray"ın turnirə qrup, üçüncü pillənin sahibi "Beşiktaş" III təsnifat mərhələsindən də ali liqaya qatılacaq.

 Federasiya Super Liqanın 4-cüsü "Trabzonspor"un Avropa Liqasına play-off, 5-ci pillənin sahibi "Sivasspor"un III, Türkiyə Kubokunun finalçısı "Eskişəhərspor"un II təsnifat mərhələsindən başlayacağını elan edib. Lakin bir qədər sonra UEFAyeni mövsümdə Avropa Liqasında oynamağa vəsiqə qazanan Türkiyənin "Sivasspor" və Eskişehirspor" klublarınun sözügedən turnirdə iştirakına qadağa qərarını açıqlayıb. Hər iki klubun adı danışılımış oyunlarda hallandığı üçün UEFA Türkiyə təmsilçilərinə bu cəzanı verib.

 Qeyd edək ki, "Sivasspor" və "Eskişehirspor" 10 gün ərzində apelyasiyaya müraciət edə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA