SOCAR yeni istiqrazlarına görə ödəniş edib

img

01-11-2023 [13:19]


Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına görə 8-ci kupon ödənişi həyata keçirilib.

Mia.az xəbər verir ki, istiqraz sahiblərinə daha 1,125 milyon ABŞ dolları ödənilib və investorların ümumi gəliri 9 milyon dollara yüksəlib.

Qarşıda daha 12 kupon ödənişi və 13,5 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA