Gələn il Azərbaycanda orta aylıq pensiya bu qədər artırılacaq

img

30-10-2023 [10:14]


Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır.

Məlumata görə, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.

Xatırladaq ki, 2023-cü ildə ölkə üzrə orta aylıq pensiya 372,1 manatdır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA