Vasif Talıbova bağlı daha bir şirkət qapanıb

img

27-10-2023 [11:58]


“Nəxşicahan Med” MMC (VÖEN – 0200728171) ləğv olunduğunu elan edir.

Mia.az yeniavaz.com-a istinadla xəbər verir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Naxçıvan şəhəri, N.Əliyev küçəsi, ev 5 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, “Nəxşicahan Med” MMC 2014-cü ilin aprelin 17-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 8 manatdır və qanuni təmsilçisi Samirə Süleymanovadır.

Onu da bildirək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb.
Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA