ABŞ iqtisadiyyatı 4,9 faiz artıb

img

26-10-2023 [17:40]


ABŞ Ticarət Nazirliyi iyul-sentyabr ayları üçün Ümumi Daxili Məhsulun (ÜDM) ilkin məlumatlarını açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ-da ÜDM bu ilin üçüncü rübündə illik 4,9 faiz artaraq 2021-ci ilin son rübündən bəri ən sürətli yüksəliş qeydə alınıb.

İlin üçüncü rübündə ABŞ iqtisadiyyatının artımı istehlak xərcləri, özəl inventar investisiyaları, ixrac, əyalət və yerli hökumət xərcləri, federal hökumət xərcləri və yaşayış binalarına sabit investisiyalardakı artımlardan qaynaqlanıb.

İlin üçüncü rübündə fərdi istehlak xərclərinin qiymət indeksi 2,9 faiz artıb. 

Ərzaq və enerji xərclərini nəzərə almayan əsas şəxsi istehlak xərcləri qiymət indeksi eyni dövrdə yüzdə 2,4 yüksılib. 

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR