""Kontakt Home"də indi də "suya salmısan" xəstəliyi başlayıb" - Eyyub Hüseynov şirkətlərin fırıldaqlarını açdı (VİDEO)
25-10-2023 [15:07]
"Son 5 ildə Azad İstehlakçılar Birliyinə ən çox mürəkkəb texniki vasitələrdən şikayət olunur. Bunlar arasında mobil telefonlardan olan şikayətlər üstünlük təşkil edir. Standarta uyğun olmayan, istehlakçının təlabatını ödəməyən, saxta və köhnə telefonların təzə adı ilə satılması və s. kimi hallar müşahidə olunur. Telefon satışı ilə məşğul olan qurumlar istehlakçıları aldatmaq üçün sanki biri-birilə yarışırlar. Birinci-ikinci yerləri də ardıcıl olaraq Kontakt Home ilə Bakuelektronics bölüşür".
Mia.az xəbər verir ki, bu fikirləri Bakıpost.az-a müsahibəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədir Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda istehlakçıları aldatmaqda Kontakt Home öndə gedir: "Bu şirkət sanki "pulunu ver mənə, itik cəhənnəmə" prinsipi ilə işləyir. Yəni malı satır, istehlakçının tələbinə uyğun olmayan bir mal aşkarlanır. Məsələn, istehlakçı təzə telefon alır, açır görür ki, telefonda şəkil var, demək işlənmiş telefondur. Bu zaman istehlakçı onu qaytarmaq və ya dəyişmək istəyir. Amma necə deyərlər, qapılar bağlanır. Müdriyyətin, heç kəsin qəbuluna düşmək mümkün olmur. Alqoritm "a" bəndi belədir: get servisə. İstehlakçı gedir servisə. Hansı ki servis də onların özünündür. Servis istehlakçının xeyrinə bir şey yazar? Sevis baxır, telefonu alan kimi ona bir cız salır. İstehlakçı onu görmür. Servisin işçisi bir lupa ilə göstərir, deyir ki, bura cız salmısan, bu telefon qarantiyadan çıxıb, gərək sən pullu təmir etdirəsən. Keçək "b" bəndinə. Ola bilsin ki, elə həmin cızığı satıcı salır. Ver, baxım deyir, alıcı üzünü döndərən kimi ora bir balaca cız qoyur. Yeri gəlmişkən, onu da deyim ki, bu cız xəstəliyi Kontak Home-dan Bakuelektronics və digər şirkətlərə keçdi və 4 il davam etdi. AİB buna qarşı çox ciddi mübarizə apardı. Bu işdə İqtisadiyyat Nazirliyi də bizə kömək etdi. "Cız xəstəliyi" qutardı".
Eyyub Hüseynov qeyd edib ki, Kontakt Home-də indi də yeni "trend"də olan "suya salmısan" xəstəliyi başlayıb:
"Vətəndaş gedir servisə, orada baxırlar, əksər hallarda deyirlər ki, heç bir şey yoxdur, nə dəyişmirik, nə qaytarmırıq və s.. Dükan da deyir, servis belə rəy verib. İstehlakçı nə qədər istəyir ki, müdriyyətin qəbuluna girsin, sübut etsin ki, vəziyyət belədir, amma çox çətinlik çəkir. Bundan sonra istehlkaçı ya bizə, ya da İqtisadiyyat Nazirliyinin uyğun şöbəsinə müraciət edir. Bizə yazılı müraciət olunur və mümkün olanı edirik. Bizim bu məsələdə əsas işimiz medianın köməyi ilə qurulur. Eyni zamanda şikayətləri dövlət orqanlarına da yönəldirik. Dövləq orqanları da şikayəti həmin şirkətlərə yönəldir. Onlar da yekə bir məktub yazırlar. Dövlət qurumu onun bir nüsxəsini bizə, bir nüsxəsini də şikayətçiyə göndərir.Və altdan da yazır ki, buyur, məhkəməyə müraciət et. Beləcə anormal vəziyyət daim davam edir".
E.Hüseynov dəfələrlə məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə müraciət etdiyini də vurğulayıb:
"Demişəm ki elektron mallar satan qurumları toplayırsız, bir dəfə xəbər edin və 3 dəqiqə vaxt verin, onlara 1-2 söz deyim. Hələ də bu baş tutmur. 26 il ərzində mən yalnız onların hüquqşünasları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri ilə görüşmüəm. Onda da özüm getmişəm. Bu görüşə niyə şərait yaratmırlar. Çünki istehlakçı hüquqlarını qoruyan bir təşkilatın rəhbəri onlar üçün arzuolunmaz şəxsdir".
E.Hüseynovun fikrincə, bunun digər səbəbi isə ölkədə istehlakçı siyasətinin zəif olmasıdır: "1995-ci ildə "İstehlakçıların hüquqları haqqında" qanun qəbul olunub. sonradan qanuna 7 dəfə dəyişiklik olunub, hamisi da istehlakçıların zərərinə. Qeyd etdiyim kimi texnologiya dəyişir, onlayn təcarət genişlənir, cəmiyyət, həyat, biznes irəli gedir, qanun isə köhnədir. O qanunu yerinə yetirməli insanlar da həmin dövlət qurumunda birləşiblər. Onlar çox passiv işləyirlər. Bunun ciddi səbəblərindən biri odur ki, dövlət məmurları fəal şəkildə bizneslə məşğul olurlar. Belə bir şəraitdə istehlakçı hüquqlarının pozulması davam edir".
E.Hüseynov müsahibə zamanı Kontak Home-un istehlakçı hüquqlarını pozmasına dair konkret misallar da çəkib, bir sıra şikayətlər haqda danışıb.
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır
SAXTA ÇAYLAR BAZARI BÜRÜYÜB: "Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar" - AÇIQLAMALAR
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib
PA rəsmisi daha bir icra başçısını kollektivə təqdim etdi - FOTO
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik