“Lisenziyalar və icazələr haqqında” qanun dəyişdi

img

24-10-2023 [11:29]


Milli Məclis “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikləri III oxunuşda təsdiqləyib.

Mia.az xəbər veirr ki, bugünkü plenar iclasda bildirilib ki, layihəyə əsasən, lisenziyanın və icazənin verilməsi üçün qanunla dövlət rüsumunun (ödənişin) ödənilməsi tələb olunduqda, dövlət rüsumunun (ödənişin) ödənilməsi faktını təsdiq edən sənəd bu Qanunun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə lisenziya və icazə verən orqana təqdim edilmədikdə lisenziya və icazə ləğv ediləcək.

Qeyd edək ki, qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR