Dövlət Agentliyinin işçilərinin say həddi artırılıb - Fərman

img

20-10-2023 [15:35]


Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi barədə", "Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” "Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanlarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 200-dən 220-ə, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40-dan 60-a çatdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA