Abşeronda avtomat silahı satmaq istəyən şəxs saxlanılıb

img

20-10-2023 [15:19]


Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA