Braziliya millisinin baş məşqçisindən iddialı açıqlama

img

04-06-2014 [01:21]


Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari qarşıdakı dünya çempionatı haqda danışıb.

Mia.az Qol.az-a istindən xəbər verir ki, təcrübəli mütəxəssis "Times of İndia"ya açıqlamasında komandasının dünya çempionluğunu qazanmağa məcbur olduğunu bildirib:

"Braziliya millisi dünya çempionatında çıxış edirsə, hər kəs bizdən çempionluq gözləyir. Bu əlavə təzyiq deyil. Həm futbolçular, həm də azarkeşlər üçün bu normaldır. Təzyiqi üzərimizdən ata bilsək, işimiz asan olar. Qrupda bütün komandaların 1/8 finala çıxmaq şansı var. Ancaq biz meydan sahibləri kimi mundiala qələbə ilə başlamalıyıq. Düşünürəm ki, komandam dünya çempionu olmağa borcludur".

Qeyd edək ki, Braziliya millisi A qrupunda Xorvatiya, Kamerun və Meskika yığmaları ilə mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA