"Qəbələ"də yeni baş məşqçi bilindi

img

04-06-2014 [01:20]


"Qəbələ" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, Qəbələ təmsilçisini bolqarıstanlı mütəxəssis İvaylo Petev çalışdıracaq.

Petevlə klub rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib və ilkin anlaşma əldə olunub. 38 yaşlı mütəxəssislə yaxın günlərdə 2 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, Petevin son komandası Kiprin AEL (Limassol) klubu olub. Gənc çalışdırıcının komandası cari mövsümü ikinci pillədə baş vurub.

Əlavə edək ki, Petev "Qəbələ"nin baş məşqçi postunda rusiyalı mütəxəssis Yuri Syomini əvəzləyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA