Siyasi şərhçi: "Kreml bu yolla Ermənistan hökumətini cəzalandırır, ABŞ və Fransa isə..."

img

03-10-2023 [15:34]


"ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər".

Mia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu deyib.

O bildiirb ki, Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir:

"Aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır. ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə ABŞ və Fransa bu problemi necə həll edəcəklər?".

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA