Türkiyədə daha 4 deputatın toxunulmazlığı ləğv olunur - SİYAHI

img

02-10-2023 [11:22]


Türkiyədə daha 4 deputatın toxunulmazlığının ləğvi ilə bağlı təqdimat Böyük Millət Məclisinə (parlament) göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq bu barədə müvafiq materiallar məclis sədri tərəfindən araşdırılması üçün Konstitusiya və Ədalət Komissiyasının üzvlərindən ibarət Birgə Komissiyaya təqdim olunub.

Məlumata görə, komissiya yaxın həftələrdə Yaşıl Sol Partiyasının parlamentdəki fraksiyasının sədr müavini Meral Danış Beştaş və elə həmin n partiyanın Vandan deputatı Pervin Buldan, o cümlədən Demokrat Partiyasının sdər müavini, İstanbuldan deputat Camal Enginyurtla CHP-nin İzmir şəhərindən deputatı Murat Bakanın toxunulmazlığının qaldırılması barədə dosyeni araşdıracaq.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA