Azərbaycan səfirliyinə hücum edən iranlıya edam cəzası verildi

img

02-10-2023 [09:13]


İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü verilib.

Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Bildirilib ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA