XİN başçısı: "Qənirə Paşayevanın vaxtsız vəfatı hər birimizi dərindən sarsıtdı"

img

29-09-2023 [15:01]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib: "Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, vətənpərvər və xeyirxah əməlləri ilə hər zaman seçilən Qənirə xanım Paşayevanın vaxtsız vəfatı hər birimizi dərindən sarsıtdı. Mərhuma Allahdan rəhmət diləyir və ailəsinə səbr arzu edirəm. Allah rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA