Serbiya prezidenti: "İstəsəniz hamımızı öldürün, ancaq biz..." - "Bizi NATO ilə münaqişəyə sürükləmək istəyirlər"
25-09-2023 [09:44]
Serbiya prezidenti Aleksandr Vuçiç bəzi ölkələr tərəfindən hələ də tanınmayan Kosovonun şimalında ötən gün bir qrup serblə Kosovo polisinin toqquşması barədə sensasiyalı bəyanat verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, baş verən qanlı toqquşmalarda Kosovonun baş nazirini günahlandırıb.
Serb qruplaşmasının səhər saatlarında Kosovonun şimalındakı Leposaviç sərhəd bölgəsində polis nəzarət məntəqəsinə təşkil etdiyi hücumda bir polisin həlak olması, digərinin yaralanması və buna cavab olaraq hücum edən 3 serbin öldürülməsi faktını təsdiqləyən Serbiya prezidenti Aleksandr Vuçiç etiraf edib ki, bu hadisəni Kosovoda yaşayan serblər törədib.
O, Belqradda mətbuata verdiyi açıqlamada deyib ki, serb xalqı üçün çox çətin bir gündür: "Bu gecə bir qrup kosovalı serb Banjskada iki yük maşını ilə barrikada qurdu, sonra Kosovo polisi gəlib barrikadaları aradan qaldırmaq istədi. Qarşıdurma başladı. Və münaqişə zamanı bir polis əməkdaşı güllələnib, 1 nəfər yaralanıb. Bundan sonra proses daha da gərginləşib. Hazırda münaqişə davam edir".
Vuçiç beynəlxalq qurumları dəfələrlə xəbərdar etdiyi hadisənin gerçəkləşdiyini və Kosovo serblərinin Kosovo baş naziri Albin Kurtinin “terrorçuluğuna” daha dözə bilməyəcəklərini bəyan edib: “Mən silahlı haqq qazandırmaq istəmirəm. Polis məmurunun ölümünə səbəb olan hadisəni qınayıram, amma hadisədə 3 kosovo serbi də öldürülüb. Hətta bizdə fakt var ki, onlardan biri yaralı olarkən Kosovo polisi gülə-gülə ona yardım etməkdən imtina edib. Beləcə onu ölümə tərk ediblər".
Hücum edənlərin üzərindəki formaların Serbiya polisi və ordusuna aid olmadığına deyən Vuçiç qeyd edib ki, "Hər şey hazırlanmış planın bir hissəsidir. Təxminən saat yarımda 460 xüsusi bölmə əsgəri 30 nəfərlik serblərin üzərinə göndərilib. Özü də bazar günü. Bu, hazırlanmış oyundur...".
Baş verənlərin yeganə məsuliyyətinin bir daha Kosovo Baş naziri Kurtinin olduğunu iddia edən Vuçiç bildirib ki, o, yalnız müharibə istəyir: "O, Serbiyanı NATO ilə münaqişəyə sürükləmək istəyir. Beynəlxalq qurumlardan ən qısa zamanda Serb Bələdiyyələr Birliyinin yaradılmasını tələb edirəm. Bu yolla serblər özlərini sürgündə hiss etməyəcək və bu cür qarşıdurmaların qarşısı alına bilər".
Prezident daha sonra serblərə səslənib: "Xalqımızı dinc və sakit olmağa çağırıram, qan tökülməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik".
Önümüzdəki günlərdə yeni qərarların veriləcəyini bildirən Vuçiçin sözlərinə görə, Serbiya Kosovonun müstəqilliyini əsla tanımayacaq: "İstəsəniz, hamımızı öldürün. Biz hər zaman danışmağa hazırıq, amma Kosovonun müstəqilliyini əsla tanımyacağıq".
Xatırladaq ki, Kosovonun şimalında əsasən serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin səhər saatlarında 15 km KOsovonun işlərinə doğru irəliləyib. Onlar bir polisi gülləyərək öldürüb, digərini yaralayıb. Bundan sonra bölgəyə əlavə polislər yeridilib. Ağır silahlar və zirehli texnika ilə silahlanmş serbər bundan sonra kilsəyə sığınaraq polislərlə atışmaya başlayıb. Hazırda kilsə mühasirəəy alınsa da, onlar təslim olmaqdan imtina edibrlər.
NATO hadisələrlə bağlı açıqlama yayaraq bildirib ki, "lazım gələrsə, hadisələrə müdaxilə etməyə hazırdırlar".
Lamiyə
MİA.AZ
Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan azərbaycanlıların xatirəsini anıblar - FOTO
Sabah havanın temperaturu 31 dərəcə isti olacaq
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Avropa Liqası: iki ingilis komandası finalda "döyüşəcəklər"
Daha bir dövlət başçısı İlham Əliyevə zəng edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nihat Kahveciyə ağır cəza verildi - Uşaqlarına həsrət qalacaq
Katoliklər yeni Papa seçdi - İlk dəfə amerikalı dindar Vatikana rəhbərlik edəcək (FOTO)
Superkubokun yeni formatı açıqlandı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
Ermənilər Bakıda hakim qarşısında: Kəlbəcərin işğalı faktını əks etdirən videomaterial nümayiş olunub (Yenilənib)
Starmerdən ABŞ-la tarixi razılaşma haqda açıqlama: "Prezident və mən bir-birimizə hörmət edirik və..."
Okan Buruk seçim edib
DTX və DSX-dən birgə əməliyyat: bir nəfər saxlanılıb
Qəzzada ölənlərin sayı artıb
“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam
"Səhiyyə TV" televiziya kanalının adı dəyişib
Fikrət Qoca ilə bağlı sərəncam imzalandı
Nazirliyə 5 milyon manat vəsait ayrılıb - Sərəncam
Vyetnamın Baş katibinin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb - MƏTN
Milli Məclis bəyanat verdi - MƏTN
Axtarışda olan daha dörd nəfər Azərbaycana ekstradisiya edilib
AYNA-nın "aynasız işləri"... - FOTOLAR
Metz: "Böyük məsuliyyət hələ də üzərimizdədir"
Almaniyanın yeni kansleri: "Rusiya ən böyük təhdid olaraq qalır"
Rövnəq Abdullayevin qızının ərinin bankı indi də "keşbək"ləri kəsdi
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR
“Nar”ın baş icraçı direktoru Gəncədə konfransda çıxış edib - FOTO
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
Abşeronda İran vətəndaşı tutulub
Bir qrup tanınmış şəxs Tofiq Yaqublu ilə bağlı müraciətə imza atdı
Sabahın hava proqnozu açıqlandı
Azercell-in tərəfdaşlığı ilə “Baku Flames” festivalı keçirilib
Baş katibin xanımı İçərişəhərlə tanış olub
Milli Məclis bəyanat verəcək
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Sumqayıtda emalatxanada partlayış olub, xəsarət alan var