27 ilin müəlliməsi dövlət başçısına şikayət etdi: "Mənə yenidən imtahan verməyə şərait yaradın..."
CƏMİYYƏT
22.09.2023, 09:21
Bakı şəhəri, Nəsimi rayonu, R.Nəsirov adına 111 saylı orta məktəbin ibtidai sinif müəllimi Mənsurə Hüseynova sertifikasiya imtahanlarından sonra haqsızlıga mərüz qalıb.
Bu barədə Mia.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edən müəllimə bildirir ki, 1996-cı ildən müəllim işləyib, müəllim maaşı ilə iki azyaşlı övladını təkbaşına böyüdüb.
İndi yeganə qazancından məhrum olub, çünki sertifikasiya imtahanından sonra onun hüquqları kobudcasına pozulub.
Müəllimə prezident İlham Əliyev açıq məktib ünvanlayıb və hüquqlarının bərpasında ölkə başçısından kömək gözləyir.
“Həyatın sərt üzünü uzun müddətdir görməyim, ailə xoşbəxtliyindən uzaq qalmağım və sair şəxsi problemlərimi, heç bir zaman işimə və övladlarıma yansıtmamışam. Son dövrlərdə səhhətimdə yaranmış bir neçə halla da təkbaşıma mübarizə aparıram”, - deyə müəllimə prezidentə ünvanladıgı məktubunda qeyd edur.
Onun sözlərinə görə, məktəblərdə şagirdlərin təhsilalma keyfiyyətinin artırılması üçün keçririlən, Təhsilverənlərin sertifikatlaşdırılmasında iştirak edib: “Lakin həmin imtahanın birinci mərhələsindən müvafiq keçid balını toplamamışam. İkinci imtahanda isə səhhətimdə yaranmış problemlə əlaqədar olaraq iştirak edə bilməmişəm. İmtahanda iştirak etməməyimə baxmayaraq, mən imtahandan lazımi balı toplamayan kimi qiymətləndirilərək, müvafiq qaydada işdən çıxarılmışam”.
Müəllimə bildirir ki, səhhətindəki problemlər barədə o, işlədiyi məktəbə vaxtında lazımi məlumatları çatdırıb. Bu məlumatlar da imtahanı keçirən müvafiq şəxslərə verilib. Amma buna baxmayaraq, müəllimə imtahandan kəsilən şəxs kimi işdən çıxarılıb: “Sizdən xahiş edirəm ki, mənim tək ana olmağımı, şəxsi həyatımın sıxıntılarını nəzərə alaraq övladlarımın böyüdülməsi və onların tərbiyə edilməsi üçün valideyn kimi məsuliyyət və vəzifələrimi, 27 ilə yaxındır ki, şagirdlərlə birlikdə keçirdiyim pedaqoji fəaliyyətimi (demək olar ki, artıq şəxsi həyatımın ayrılmaz hissəsinə çevrilmiş peşəmi) layiqincə davam etdirməyim üçün mənə kömək edəsiniz. Əgər sertifikasiya imtahanından azad olunmağım mümkün deyilsə, heç olmasa, səhhətimdə yaranmış problemlə əlaqədar imtahanda yenidən iştirak etməyimə şərait yaradılsın. Mən bunun qanunların və vicdanın icazə verdiyi halda mümkün ola biləcəyini düşünürəm. Sizin bununla baglı müvafiq göstəriş verməyinizi xahiş edirəm və Sizə çox ümid edirəm”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"İlk 24 real hədəfdir" - Belözoğlu
Bugün, 09:51 İDMAN
-
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Bugün, 09:43 İQTİSADİYYAT
-
Azərbaycan neft bahalaşdı - 4.2 dollar
Bugün, 09:37 İQTİSADİYYAT
-
Arda Turan: "Bu, ağır və acı təcrübə oldu" - "Həyatımda heç vaxt təslim olmamışam"
Bugün, 09:26 İDMAN
-
Çempionlar Liqası: "Fənərbaxça" qalib gəldi, bəs o biri komandalar? - NƏTİCƏLƏR
Bugün, 09:22 İDMAN
-
Ərəb Koalisiyası: "Ər-Riyada atılan ballistik raketlər havada məhv edilib"
Bugün, 09:16 DÜNYA
-
Ankarada axtarışda olan daha 3 FETÖ şübhəlisi saxlanılıb
Bugün, 09:13 DÜNYA
-
Qazaxda həyətyanı sahədə partlayış: iki nəfər xəsarət alıb
Bugün, 09:01 CƏMİYYƏT
-
Türk serialında şok adam... - Mayk Tayson "Tuzlu Kahve" serialında rol alacaq
Bugün, 00:25 MƏDƏNİYYƏT
-
Misirdə yanacaq maşını partlayıb, xeyli maşın yanıb - 30 nəfər ölüb, 15 nəfər yaralanıb
Bugün, 00:05 DÜNYA
-
Elgiz Əkbəriin yeni verilişi... - ARB telekanalı açıqlama yaydı
Bugün, 00:03 PRESS
-
Çempionlar Liqası: "Sabah" - "Barselona" matçında 5 qol oldu (Yenilənib)
25.11.2026, 23:33 İDMAN
-
Hörmüz boğazında təbii qaz daşıyan gəmi minaya düşüb
25.11.2026, 22:44 DÜNYA
-
Xalq artisti Elmira Şabanova vəfat edib - Mədəniyyət Nazirliyi nekroloq yaydı (Yenilənib)
25.11.2026, 21:50 MƏDƏNİYYƏT
-
Dünya gözəli evli qadın seçildi - 75 illik yarışma tarixində bir ilk
25.11.2026, 21:33 ŞOU-BİZNES
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
25.11.2026, 21:33 GÜNDƏM
-
Dövlət Agentliyinə Aparat rəhbəri təyin olunub
25.11.2026, 21:30 GÜNDƏM
-
UEFA Gənclər Liqası: "Şaxtyor Donetsk" türk komandasını darmadağın etdi
25.11.2026, 21:20 İDMAN
-
Baş məşqçi: "Lukakuya qapımız həmişə açıqdır"
25.11.2026, 21:17 İDMAN
-
"Beşiktaş"la "döyüşəcək" İsrail komandasının baş məşqçisi: "Aqressiv oyunmağa məcburuq"
25.11.2026, 20:49 İDMAN
-
Avropa Liqası: "Beşiktaş"ın təyyarəsi Gürcüstana eniş edə bilmədi
25.11.2026, 20:38 İDMAN
-
Marşal Haftar Türkiyədə - Ərdoğanla görüş oldu + FOTOLAR
25.11.2026, 20:28 GÜNDƏM
-
Türkiyə-Liviya arasında tarixi anlaşma: Saziş xəritə ilə birgə təsdiqləndi
25.11.2026, 20:28 DÜNYA
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
25.11.2026, 20:20 GÜNDƏM
-
ATV kanalı yeni nazirin narazılıq doğuran göstərişindən süjet hazırladı - VİDEO
25.11.2026, 20:00 CƏMİYYƏT
-
Cəlilabad rayonunun bir hissəsi susuz qalıb
25.11.2026, 19:54 CƏMİYYƏT
-
Qəzzada daha 4 nəfər öldürülüb
25.11.2026, 18:01 DÜNYA
-
Yeni nazir Analitik Ekspertiza Mərkəzinin direktorunu da yola saldı
25.11.2026, 17:56 CƏMİYYƏT
-
"Bank Respublika”nın sədr müavini vəzifədən azad edilib
25.11.2026, 17:56 İQTİSADİYYAT
-
Tehranın əsas silahı və ya zəif nöqtəsi.. - TƏHLİL
25.11.2026, 17:28 SİYASƏT
-
"Bu, açıq-aşkar səhv siyasi qərardır" - Yavaşdan İmamoğlunun diplomunun ləğvinə sərt reaksiya
25.11.2026, 17:10 DÜNYA
-
"Nio ET 5" 18 min, "Toyota Camry" 18 300 manat - Hərracda daha 18 maşın satıldı
25.11.2026, 17:05 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
25.11.2026, 17:00 İQTİSADİYYAT
-
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
25.11.2026, 16:48 GÜNDƏM