MHP sədri: "Azərbaycan tək deyil" - "Bu, iki dövlətin, bir millətin namusunun tələbidir"

img

20-09-2023 [00:04]


“14-cü növbədənkənar qurultayımızı martın 17-də keçirəcəyik” 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Baxçalı deyib.

O, daha sonra Qarabağda başlayan antiterror əməliyyatına toxunub: “Ermənistan odla oynamamalıdır. Ermənistan BMT-nin qətnamələrini və müqavilə prinsiplərini pozur. Qarabağ türkdür və türk olaraq qalacaq. Ermənistan özünə gəlib odla oynamağı dayandırmalıdır. Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını təhdid edən qeyri-qanuni müdaxilələrə qarşı müqaviməti iki dövlətin, bir millətin namusunun tələbidir. Azərbaycan tək deyil".

MHP lideri ötən həftə Avropa Parlamentinin Türkiyəyə qarçı qətnamə qəbulunu da "topa tutub": "Avropa İttifaqı (Aİ) ilə münasibətlərimiz bu günə qədər sabit olmayıb. Aldatma və diqqəti yayındırma prosesi həmişə canlı qalmışdır. Aİ ilə danışıqlar kitabı bağlanmalı, bir daha açılmamalıdır. Bizim üçün Aİ bitdi. Biz Aİ ilə doğulmamışıq, Aİ ilə ölməyəcəyik. Aİ-nin Türkiyəni üzv kimi qəbul etmək məqsədi yoxdur. Aİ səmimi və dürüst deyil. Bizim üçün Avropa Birliyi bitdi. 60 il itirdik. Daha 60 ili boşa keçirə bilmərik".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR