Bayrağımızı öpən türk polisi: "Qürur duyuram"

img

12-09-2023 [11:28]


Xəbər verildiyi kimi, Türkiyə və Ermənistan milliləri arasında keçirilən matçda azarkeşə məxsus Azərbaycan bayrağını öpərək qəbul edən polis əməkdaşı Ramazan Şahin bu örnək davranşına görə mükafatlandırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Düzçə şəhər valisi təfərindən təltif olunan Ramazan Şahin baş verənlərlə bağlı açıqlama verib.

Bu barədə ilk dəfə danışan türk polisi bildirib ki, Düzcedən Türkiyə ilə Ermənistan arasında oynanılan matçın giriş nəzarətinə təyin edilib: "Düzce Polis İdarəsi olaraq milli matç üçün Əskişəhərdə gücləndirici xidmətə cəlb olundum. Qarşılaşmada vəzifəmiz üst-başları yoxlamaq olub. Bir azarkeşin üst-başını axtararkən Azərbaycan bayrağını gördüm. Biz "iki dövlət, bir millət" olduğumuz üçün Azərbaycan bayrağına da türk bayrağı kimi yanaşdım. Həmin vaxt bu davranışıma adı hal baxdım. Yəni, belə rezonans doğuracağını gözləmirdim. Lakin oyundan sonra telefonuma o qədər tez-tez zəng və mesajlar gələndən sonra anladım ki, bu örənə  davranışım mediada sürətlə yayılıb. Açığı, qürur hissi keçirdim".

Tahir

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR