ABŞ hərbçiləri Ermənistanda: iki bazada hərbi təlimə start verildi - Rusiyanın etirazlarına məhəl qoyulmadı (FOTOLAR)
12-09-2023 [10:14]
Rusiyanın sərt etirazlarına baxmayaraq, ABŞ-la Ermənistan arasında şərti adı “Qartal tərəfdaş 2023” olan hərbi təlimə dünəndən start verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ermənistanın Zar və Armavir təlim mərkəzi bazasında Ermənistan və ABŞ-ın birgə təşkil etdiyi “Qartal tərəfdaş 2023” hərbi təlimi başlayıb: "Hazırda Ermənistan ABŞ-la birgə hərbi təlimlərə ev sahibliyi edir. Paytaxt İrəvan yaxınlığındakı Zar və Armavir təlim mərkəzi bazasında dünən başlayan “Qartal tərəfdaş 2023” təlimində 85 ABŞ və 175 Ermənistan əsgəri iştirak edir".
ABŞ polkovniki Martin O'Donnell bildirib ki, təlimlər iki ölkənin əsgərləri arasında yeni əlaqlər qurmaq və eyni zamanda, erməni əsgərlərini sülhməramlı əməliyyatlara hazırlamaqdır: "Bu, həm də taktiki səviyyədə yeni əlaqələr qurmaq və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq üçün həyati fürsətdir".
Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, ABŞ-la birgə təşkil edilən “Qartal Tərəfdaş 2023” təlimi 9 gün davam edəcək: "Sentyabrın 20-də başa çatacaq təlimin məqsədi Ermənistan qüvvələrini beynəlxalq sülhməramlı missiyalarda iştirak etməyə hazırlamaqdır".
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov təlimi yaxından izlədiklərini deyib: "Ermənistanın hansı məqsədlər güddüyünü anlamaq lazımdır və bunu dialoqda edəcəyik. Moskva İrəvanın yaxın tərəfdaşı olub və bundan sonra da olacaq. Problemlər ola bilər, ancaq dialoq çərçivəsində həll edilməsi lazımdır".
Samir
MİA.AZ
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL