AAK-da plagiat iş, yoxsa sənəd saxtalaşdırılması? - Məhkəmə qalmaqalı (ŞİKAYƏT)
06-09-2023 [10:34]
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından dissertasiyaların əksəriyyəti plagiatlı iş kimi geri qaytarılır. Ali Attestasiya Komissiyasının təşkil etdiyi elmi şuralara verdiyi antiplagiat proqramı ilə yoxlanılmış və plagiatın olmaması barədə arayışla təsdiq üçün Ali Attestasiya Komissiyasına göndərilmiş iş oradan plagiatlı iş kimi elmi şuraya qaytarılır.
Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsanamənin 2.0.18. maddəsinə əsasən Komissiyanın vəzifələrindən biri, “elmi dərəcə və elmi ad iddiaçılarının təqdim etdikləri dissertasiyaların əsas elmi nəticələrinin dərc olunduğu dövri elmi nəşrlərdə, müdafiə edilmiş dissertasiya işlərində, monoqrafiya və dərsliklərdə, tədris-metodiki işlərdə, yaradıcılıq əsərlərində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək”dir. “Müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə aşkar edildiyi halda zəruri tədbirlər görmək” plagiat yoxlanışı həyata keçirtmək demək deyil. Yəni, Ali Attestasiya Komissiyası tərəfindən plagiat yoxlanışı həyata keçirtmək onun vəzifəsi olmadığı üçün, bu yoxlanış qanunsuz hərəkətdir. Ali Attestasiya Komissiyası, SSRİ-dən qalma bir qurumdur. SSRİ respublikalarının bəziləri Ali Attestasiya Komissiyalarının fəaliyyətini lazımsız bir qurum kimi dayandırıblar. Fəaliyyət göstərən Ali Attestasiya Komissiyaları isə plagiat yoxlanışı həyata keçirmirlər. Bu qanunsuz fəaliyyətlə yalnız Azərbaycanın Ali Attestasiya Komissiyası məşğul olur. Ali Attestasiya Komissiyalarının fəaliyyət göstərdikləri keçmiş SSRİ respublikalarında plagiat yoxlanışını dissertasiyanın hazırlandığı təşkilat və elmi şura həyata keçirir. Azərbaycanda isə dissertasiyanın hazırlandığı təşkilatda və elmi şurada plagiatı yoxlanılmış və plagiatın mövcud olmaması barədə arayışla Ali Attestasiya Komissiyasına göndərilmiş dissertasiyalar, sonradan plagiatlı işlər kimi geri qaytarılır.
Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, plagiatın mövcud olmaması arayışı ilə Ali Attestasiya Komissiyasına göndərilmiş dissertasiyaların soradan plagiatlı iş kimi geri qaytarılmasını Komissiyada plagiat yoxlanışı həyata keçirən ekspertlərin yüksəkixtisaslı olmaları və Komissiyada tətbiq edilən antiplagiat proqramların daha geniş bazaya malikliyi ilə izah etsə də, əslində həyata keçirilən qanunsuz plagiat yoxlanışında məqsəd iddiaçıdan pul qopartmaqdır. Əgər Komissiya sədrinin məqsədi Azərbaycanda müdafiə edilən dissertasiyalarda plagiatla mübarizə olsa idi, o, Komissiyanın tərkibində və ya müstəqil plagiat yoxlanışı mərkəzi açdırardı və bütün dissertsiyaların orada müdafiədən əvvəl plagiat yoxlanışını həyata keçirtdirərdi. Bunu etsə idi, özü və özü ilə Əmlak Komitəsindən Komissiyaya gətirdiyi korrupsionerlər, iddiaçıdan rüşvət almaq üçün əsas təsir imkanından məhrum olardı. Bu, Familə lazım deyil! Buna görə də Komissiya tərəfindən plagiat yoxlanışı həyata keçirilməsini qanuniləşdirmək üçün Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 6.23 maddəsində qeyd ediblər ki, “Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq edir.” Əsasnaməsində plagiat yoxnışı vəzifəsinə aid edilməyən Komissiya, Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnaməyə əsasən plagiat yoxlanışı həyata keçirir. Əmlak Komitəsində “kupça” alveri ilə məşğul olmuş “alim” üçün, pul qopartmaqdan ötəri plagiat yoxlanışından əlverişli heç nə ola bilməz!
Antiplagiat proqramları oxşarlıqları aşkarlayır və aşkarladığı oxşarlıqlar əsasında orijinallıq faizini müəyyən edir. Bu proqramlar ötən əsrin sonlarından başlayaraq xarici ölkələrin universitetlərində və xaricdə çap olunan elmi jurnallarda geniş tətbiq edilir. Antiplagiat proqramının aşkarladığı oxşarlıqları, Ali Attestasiya Komissiyasında bilərəkdən plagiat kimi qələmə verirlər. Oxşarlıq, plagiat deyil! “Elm haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.23 maddəsinə əsasən “elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək” olduğu üçün, hər hansısa bir mənbənin materialları ilə oxşar olan dissertasiyanın materialları ilə həmin mənbənin tam və ya qismən mənimsənilməsi,yaxud özününkü kimi təqdim edilməsi sübuta yetirilməlidir. Plagiatlı iş kimi geri qaytarılmış dissertasiyalar üçün plagiatların qeyd edildiyi sənədlərdə bu sübutetmə yoxdur.
Mənim qızımın plagiatlı iş kimi geri qaytarılmış dissertasiyasındakı “plagiatların” qeyd edildiyi “plagiat faktları” adlı sənəddə bu sübuta yetirmə yoxdur. Sadəcə dissertasiya materiallarına oxşar materiallar göstərilib və bunlar da plagiat hesab edilib. Komissiyanın işbazları, antiplagiat proqramlarının oxşarlıqları aşkarlamasını və bu oxşarlıqlarla orjinallıq faizini müəyyənləşdirməsini gözəl bilirlər. Təəssüflər olsun ki, bunu iddiaçılar və onların elmi rəhbərləri bilmirlər! Antiplagiat proqramlarının aşkarladığı oxşarlıqlar və bu oxşarlıqlar vasitəsi ilə orijinallıq faizinin təyin edilməsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” Qanunlarında, Ali Attestasiya Komissiyasının Əsanaməsində və Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamədə oxşarlıq, orijinallıq, unikallıq, orijinallıq və unikallıq faizləri barədə heç nə yazılmayıb. “Elm haqqında” Azərbaycan Respublikasının Qanunun 18.2. maddəsinə əsasən “Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil”diyindən, Ali Attestasiya Komissiyası haqqında Əsanamənin 2.0.18. maddəsində və Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin 6.23 maddəsində qeyd edilmiş “müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə” həddi “Elm haqqında” Qanunun 1.0.23 maddəsinə əsasən plagiat həddi hesab edilir. Yəni, müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından plagiat həddinə kimi istifadə etmək olar.
Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin Komissiyada qanunsuz plagiat yoxlanışı həyata keçirən ekspertlərini yüksəkixtisalı hesab etsə də, mən onların qızımın dissertasiyasına tərtib etdikləri “plagiat faktları” sənədinə istinad edərək hesab edirəm ki, bu “ekspertlər” internet klublarından tutulmuş və elmdən xəbərsiz insanlardır.
Bu “ekspertlər”, müəlliflik hüququndan və elm sahəsindən xəbərsiz olduqları üçün antiplagiat proqramı vasitəsi ilə aşkarlanmış, əslində oxşar olmayan materialları oxşar kimi qeyd edirlər. İddiaçı və onun elmi rəhbəri “plagiatın” qeyd edildiyi və “plagiat faktları” adlandırılan sənəddi diqqətlə nəzərdən keçirməlidirlər. Ali Attestasiya Komissiyasının 06.02.2023-cü il tarixdə qızıma elmi dərəcə verilməsindən imtina barədə qəbul etdiyi inzibati akt üçün əsas kimi göstərilmiş “plagiat faktları” adlı sənəddə 07.02.2023-cü il tarixdə oxşarlıq aşkarlanması barədə məlumat var. Bu, sənədin saxtalaşdırılmasıdır!
Bu saxtalaşdırma ilə bağlı Baş Prokurora müraciət etmişəm. Müraciətimdə bu saxtakarlığa görə Famil Mustafayevin cinayyət məsuliyyətinə cəlb edilməsi xahiş olunub. Baş Prokurorluq Famil Mustafayevi cinayyət məsuliyyətinə cəlb etmək əvəzinə, mənim müraciətimi özü barəsində tədbir görmək üçün Famil Mustafayevə göndərib. İndiyə kimi Famil Mustafayevin özünü cinayyət məsuliyyətinə cəlb etməsi barədə heç bir xəbər yoxdur. Qanunsuzluq və özbaşınalıq öz-özünə yaranmır! Bunu hüquq-mühafizə orqanlarının hərəkətsizliyi və qanunazidd hərəkətləri yaradır.
Ali Attestasiya Komissiyası (AAK) tərəfindən hüququ pozulmuş iddiaçının pozulmuş hüququnun bərpası üçün üz tutası bir məkan da yoxdur.
Mənim qızımın iddia ərizəsi Bakı İnzibati Məhkəməsində hakim Aygün Abdullayevanın icraatındadır. Məhkəmə, AAK sədri F.Mustafayevin havadarlarının sifarişi ilə qızımın iddia tələbinin rədd edilməsi üçün zəmin hazırlayır və məhkəmə prosesini süni şəkildə uzadır. Hakim vəsatətlərimizi təmin etmir, ərizələrimizə, xüsusən də hüquqi yardım barədə ərizəmizə məhəl qoymur. Ali Attestasiya Komissiyasının Məhkəməyə inzibati akt kimi təqdim etdiyi bir vərəq və bir cümlədən ibarət olan, inzibati aktın forması ilə bağlı tələblərə (İnzibati icraat haqqında Qanunun 57.1 və 59-cu maddələri) riayət edilməyən bu inzibati aktı etibarsız saymır.
Dissertasiyaya baxılma müddətinin uzadılması barədə əsaslandırılmış qərarın olmamasına baxmayraq, müddət buraxıldıqdan sonra qəbul edilmiş inzibati aktı qanunsuz hesab etmir. 06.02.2023-cü il tarixdə qəbul edilmiş inzibati akt üçün əsas götürülmüş “plagiat faktları” sənədində 07.02.2023-cü il tarixdə müraciət faktı olduğu üçün bu sənədi saxta hesab etmir. 21.11.2022-ci il və 16.01.2023-cü il tarixlərdə qızımı iqtisadiyyat üzrə ekspert şurasının iclaslarına dəvət etmələri barədə sənədlərə bildiriş olmadığı üçün İnzibati icraat haqqında Qanunun 21.2. maddəsinə əsasən qızımın dinləmə hüququnun pozulmasını təsdiq etmir.“Plagiat faktları” adlı sənəddə qanunpozuntularına, qanunların təhrif edilməsinə məhəl qoymayan hakim, 29.08.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında “plagiat faktları” adlı sənəddəki göstərilənlərin plagiat olub-olmadığını Ali Attestasiya Komissiyasının nümayəndələri və mənim aramda Məhkəmədə keçirməyi təklif etdi və əlavə etdi ki, nəyisə bilməsəm mən, zəng vurub qızımdan soruşaram.
Hakim iqtisadçı deyil, buna görə də kimin haqlı, kimin haqsız olduğunu müəyyən edə bilməz! Qızım, iddia ərizəsi ilə bərabər, Məhkəməyə, “plagiat faktları” adlı sənədin Azərbaycan Neft və Sənaye Universitetinin, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun neft kimyasının idtisadiyyatı üzrə tədqiqat aparan tanınmış alimlərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizasının təyin edilməsi və ekspertlərin qarşısında sənəddəki oxşar materiallarla oxşarlıqların aid edildiyi mənbənin tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etməyin mümükün olub-olmaması sualının qoyulması barədə vəsatət göndərmişdi. Bu vəsatət hakim tərəfindən təmin edilmədi. Bunun əvəzində hakim, cəfəng təklif verdi.
29.08.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirdim ki, qanunpozuntuları göz qabağında olan bu sənədin müzakirəsini İqtisad Universitetinin və ya İqtisadiyyat institutunun elmi şuralarında da keçirmək olar. Hakim, mənim bu təklifimə münasibət bildirmədi. Azərbaycan Respublikasının “Elm haqqında” və “Təhsil haqqında” qanunlarında, Ali Attestasiya Komissiyasının Əsasnaməsində, Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamədə plagiat faktları anlayışı mövcud deyil. “Plagiat faktları” adlı sənədin özü kimi, adı da qanunuauyğun deyil. Azərbaycan Məhkəmələrində nəyəsə nail olacağımıza inanmıram. Biz məcburi şəkildə Avropa Məhkəməsinə müraciət etməli olacağıq. Başqa yolumuz yoxdur. Tutduğumuz yol, çox uzun və qaranlıq bir yoldur. Bu yolun sonunda işıqlığa çıxacağımıza əminəm".
İddialarla bağlı AAK-ın da mövqey9ni dinləməyə hazırıq.
Arzu Məmmədov
MİA.AZ
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz