Ramos "Qalatasaray"a gəlir - "Artıq geyinəcəyi forma və qalacağı villa hazırlanıb"

img

29-08-2023 [00:23]


"Qalatasaray" məşhur ispan müdafiəçi Serxio Ramosla müqavilə bağlamağa hazırlaşır

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray" Çempionlar Liqasının pley-off mərhələsində avqustun 31-də "Molde" komandasını cavab oyununda da keçərsə, o zaman Ramos müqavilə üçün İstanbula gələcək.

Məlumata görə, ispan müdafiəçinin "Qalatasaray"da artıq geyinəcəyi forma belə hazırlanmaq üzrədir: "O, 4 nömrəli forma geyinəcək. Klub rəhbərliyi artıq onun üçün İstanbulda villa seçimi də edib".

Xəbərdə o da deyilir ki, “Qalatasaray” uzun danışıqlardan sonra Ramosun illik 12 milyon avroluq sabit maaş tələbini 10 milyon avrodan aşağıya endirib.

Xatırladaq ki, "Real"ın canlı əfsanəsi olan Ramos son olaraq PSJ-də oynayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR