Tale Heydərov: "...tamaşaçılara xüsusi zövq verəcək"

img

29-05-2014 [11:10]


"Artıq ənənə halını almış Qəbələ kubokunun sayca üçüncüsünü yaşayırıq. Doğma şəhərimizdə sizləri görmək bizim üçün hər zaman xoşdur”.

Apasport.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin prezidenti Tale Heydərov deyib.
III Qəbələ kuboku ilə bağlı fikirlərini bildirən Heydərov bu turniri bayram adlandırıb: "İsti yay günlərində futbol ab-havası təbii gözəlliyi ilə hamını heyran edən Qəbələyə xüsusi bir canlanma gətirir. "Qəbələ” idman klubunun yeniyetmələr üçün təşkil etdiyi bu turnir, sadəcə futbol yarışı yox, həm də bir bayramdır. Ümid edirəm ki, bu bayram "Fair Play” çərçivəsindən kənara çıxmayacaq və tamaşaçılara xüsusi zövq verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA