Türkiyənin çalxalanan 80-ci illəri... - Məşhur aktyorların yer aldığı yeni serial yayıma çıxır (VİDEO/FOTOLAR)

img

23-08-2023 [12:22]


Kanal D-nin 1980-ci illərdən bəhs edən yeni serialı "Dilek taşı"nın ilk fraqmentləri yayımlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, serialın baş rol ifaçıları Hazal Subaşı və Salih Bademcinin harmoniyası tamaşaçılardan indidən müsbət qiymət alıb.

Ssenarisini Can Sinan, prodüserliyini Yaşar İrvül və Efe İrvülün etdiyi serialın rejissor kürsüsündə Altan Dönmez oturur. 

Yeni sezonun ən iddialı serialları arasında olacağı proqnozlaşdırılan serial böyük maraqla gözlənilir.

Serialın aktyor heyətində Perihan Savaş, Özge Özberk, Teoman Kumbaracıbaşı, Elif Doğan, Çiçek Dilligil, Afra Karagöz kimi məşhurlar var.

Kanal D hələlik serialın dəqiq yayım tarixini elan etməyib.

Ləman

MİA.AZ

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA