Ermənistan tərəfinin növbəti təxribat: hərbçimiz yaralandı

img

22-08-2023 [11:54]


Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib: "Onun həyatı üçün heç bir təhlükə yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".


Digər xəbərlər
SON XƏBƏRLƏR