Məşhur rəis vəzifədən çıxarıldı - Zaur Mikayılov icra başçısının bacısı oğlunu "vurdu", növbədə kimlərdir? (FOTO)

img

07-08-2023 [00:12]


30 mart 2023-cü ildə Prezident İlham Əliyevun fərmanı ilə ləğv olunaraq, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilən "Azərsu" ASC-də kadr dəyişkliyi başlayıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, Agentliyin sədri  Zaur Mikayılov "Azərsu"  sistemində "toxunlmaz" sayılan vəzifəli şəxslərin qohumlarını bir-bir "dənləyir".

Mia.az xəbər verir ki, yeni Agentliyin rəhbəri iki gün əvvəl Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsakovla Bakı Şəhər İcra Hakimiyyətində hündürmərtəbəli binaların tikintisi üzrə sərəncamların verilməsi üzrə uzun illər qeyri-rəsmi söz sahibi olan Nəriminə İskəndərovanın bacısı oğlu Elnur Əliyevi "vurub".

Məlumata görə, Z.Mikayılovun əmri ilə Elnur Əliyev Qaradağ Su-Kanal İdarəsinin rəisi vəzifəsindən nöqsana görə çıxarılıb: "Bu, o, Elnur Əliyev olub ki, Yasamaldan Binəqədiyə, oradan da Qaradağa qədər rəis təyinatı alıb. Necə təyinat alıb, necə işləyib, hər halda, bunu "Azərsu" sistemindəki korrupsionerlərin hamısı çox gözəl bilirlər...".

Xəbərdə o da deyilir ki, yaxın günlərdə Bakının digər rəislərindən başlayaraq, "Azərsu" ASC-də kök salan sədr müavinlərinə qədər çoxu yola salınacaq.

Mövzuya qayıdacağıq

Tahir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR